...

2006-cı ildə Milli Məclis 34 iclas keçirib

Siyasət Materials 29 Dekabr 2006 16:45 (UTC +04:00)

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilib və bununla da parlament 2006-cı ilə yekun vurub. Trend in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2006-cı ildə Azərbaycan parlamenti 34 iclas keçirib, 154 qanun qəbul edib (bunlardan ikisi Konstitusiya qanunudur) və bir neçə qanun layihəsi birinci və ikinci oxunuşda müzakirə olunub. Bundan başqa parlament 2006-cı ildə 21 qərar qəbul edib.

"Parlament Konstitusiyada nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam şəkildə yerinə yetirib və prezident İlham Əliyevin siyasi və sosial-iqtisadi inkişaf strategiyasını fəal şəkildə həyata keçirməyə çalışıb" - deyə Milli Məclisin sədri bildirib.

O qeyd edib ki, parlamentin deputatları beynəlxalq təşkilatlarda da fəal iş aparıblar. Milli Məclis sədri vurğulayıb ki, il ərzində Azərbaycanda bir sıra beynəlxalq təşkilatların toplantıları keçirilib: "Deputatlarımız bir sıra ölkələrə səfər ediblər və dostluq qrupları ilə işləyərək geniş əlaqələr yaradıblar. Bir neçə ölkənin parlamentinin rəhbərliyi ölkəmizə səfər edib".

Xəbər lenti

Xəbər lenti