...

Azərbaycanın Avropa Şurasındakı missiyasının yeni başçısı öz vəzifələrinin icrasına başlayır

Siyasət Materials 10 Yanvar 2007 17:23 (UTC +04:00)
Azərbaycanın Avropa Şurasındakı missiyasının yeni başçısı öz vəzifələrinin icrasına başlayır

Azərbaycanın Avropa Şurasındakı missiyasının yeni başçısı, səfir Arif Məmmədov öz vəzifələrinin icrasına yanvarın 15-də başlayacaq. Bu barədə yeni təyin olunmuş diplomat Arif Məmmədovun özü Trend ə eksklüziv olaraq məlumat verib.

Hazırda təxminən 10 il AB yanında Azərbaycan missiyasına başçılıq etmiş və eyni zamanda Benilüks ölkələrində səfir olan A.Məmmədov Brüsseldədir. Protokola əsasən, bu ölkələrdə öz fəaliyyətini başa çatdıran səfir Niderland, Belçika və Lüksemburqun, eləcə də Avropa Birliyinin ali rəhbərliyi ilə görüşəcək. Sonra isə Strasburqda A.Məmmədovu Avropa Şurasının baş katibi Terri Devis qəbul edəcək və ona akkreditasiya sənədləri təqdim olunacaq.

A.Məmmədov bildirib ki, artıq yeni vəzifədə o, Avropa Şurasının Parlament Assambleyasında təşkilatın qış sessiyasında iştirak etmək məqsədilə yanvarın 20-26-da Strasburqda olacaq. Səfir Azərbaycanın parlament missiyası ilə sıx şəkildə işləmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti