...

AŞPA həmməruzəçisi: Mart ayının sonunda Azərbaycan höküməti ilə öhdəliklərlə bağlı son müzakirələr aparılacaq

Siyasət Materials 11 Yanvar 2007 17:42 (UTC +04:00)

Mart ayının sonunda Parisdə Azərbaycan höküməti ilə AŞPA həmməruzəçilərinin hesabatına dair son müzakirələr aparılacaq. Bu barədə Trend ə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.

O qeyd edib ki, müzakirələrə qədər Azərbaycan tərəfinin hesabatla tanış olmaq üçün kifayət qədər vaxtı olacaq və yazda Azərbaycan hökümətinin qəti rəyləri ilə birgə müzakirə olunacaq. Həmməruzəçi həmçinin bəzi məsələlərdə fikirlərin kəskin şəkildə ayrılacağını da istisna etməyib.

AŞPA-nın qış sessiyası (22-26 yanvar) çərçivəsində keçiriləcək AŞPA-nın daimi komitəsinin növbəti iclasına gəlincə, o qeyd edib ki, görüş zamanı hesabatın ilkin variantı yenə də müzakirə olunacaq. O qeyd edib ki, hesabatın ötən il ilk dəfə Parisdə oxunuşu zamanı həmməruzəçi Toni Lloyd və AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov iştirak etməyib. Ona görə də qərar verilib ki, Strasburqda keçiriləcək iclasda AŞPA-nın qış sessiyası çərçivəsində ilkin variant yenə də müzakirə olunsun və sonra sənəd AŞPA-nın yaz sessiyasına daxil edilsin.

Hesabatın əsas elementinə gəlincə, A.Herkel Azərbaycanda vətəndaş hüquqları ilə bağlı vəziyyəti vurğulayıb. Ağrılı məsələlərdən biri kimi o, qəzet jurnalistlərinin saxlanmasını, ANS-in bağlanmasını vurğulayıb və bunu həmməruzəçilərin və Azərbaycan hökümətinin fikirlərinin ayrıldığı məqam kimi qeyd edib. Həmməruzəçi həmçinin siyasi məhbus və ehtimal olunan siyasi məhbus məsələsini, ədliyyə sisteminin (məhkəmələr, vəkil, yüksək ixtisaslı hakim çatışmazlığı) fəaliyyət göstərməsi problemini qeyd edib. O bildirib ki, Azərbaycan Ədliyyə Nazirliyi bu vəziyyəti dəyişməyə cəhd göstərir və Avropa Şurası öz növbəsində bu sistemdə ən yaxşı təhsili təşkil etmək üçün layihələr tətbiq etməyə çalışır.

Xəbər lenti

Xəbər lenti