...

Müsavat Partiyası yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərdi

Siyasət Materials 12 Yanvar 2007 12:15 (UTC +04:00)

Müsavat Partiyası yürüş-mitinq keçirmək üçün bu gün - yanvarın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Trend ə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası yanvarın 28-də partiya metronun "Həzi Aslanov" stansiyasından yürüşlə başlayaraq "Ukranya" meydanında mitinq keçirməyi planlaşdırır. Müraciətdə bu aksiyanın təhlükəsizliyinin təmin edilməsi xahiş olunur.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası Tarif Şurasının enerjidaşıyıcıların və kommunal xidmətin qiymətlərinin qaldırılmasına dair qərarına etiraz olaraq aksiya keçirməyə qərar verib.

Xəbər lenti

Xəbər lenti