...

MSK sədri: "Prezident tərəfindən təsdiqlənən fəaliyyət planı Azərbaycanın seçki sistemini beynəlxalq standartlara yaxınlaşdıran sənəddir"

Siyasət Materials 15 Yanvar 2007 18:19 (UTC +04:00)
MSK sədri: "Prezident tərəfindən təsdiqlənən fəaliyyət planı Azərbaycanın seçki sistemini beynəlxalq standartlara yaxınlaşdıran sənəddir"

"MSK-da siyasi partiya söhbəti olmamalıdır. Hansısa MSK üzvü şəxsi iddialara düşəndə burada ona qarşı kəskin mövqe yaranır". Trend in məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 15-də keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, MSK üzvü eyni vaxtda hansısa siyasi partiyanın üzvü ola bilməz. Partiyalar tərəfindən irəli sürülən MSK üzvləri artıq həmin partiyada fəaliyyətini dayandırmalıdır. M.Rənahov MSK-nın qərəzsiz, ədalətli qərarlar çıxarması üçün üzvlərin şəxsi iddialarla çıxış etməməsinin vacibliyini vurğulayıb. O, həmçinin dövlət başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamına da toxunub, bu sənəddə MSK-nın üzərinə vəzifələr qoyulduğun deyib. Belə ki, MSK seçki komissiyaları üzvlərinin peşəkarlığını artırmaq məqsədilə onlar üçün kurslar təşkil etməlidir. MSK sədri Prezident tərəfindən təsdiqlənən və 48 bənddən ibarət olan fəaliyyət planının Azərbaycanın gələcək həyatında, seçki sistemində mühüm rol oynayacağını, bu sistemi beynəlxalq standartlara yaxınlaşdırdığını vurğulayıb. O, görülən tədbirlərin tərkib hissəsi kimi, seçki komissiyaları üzvlərinin maarifləndirilməsi üçün seminar-treninqlər keçirildiyini, bundan sonra isə kurslar təşkil olunacağını deyib.

MSK sədrinin təklifi əsasında kurslarla bağlı MSK-nın 5 nəfər əməkdaşından ibarət işçi qrupu yaradıldı.

Xəbər lenti

Xəbər lenti