...

Milli bank: Manatın məzənnəsinin sabitliyi Azərbaycanda dollara olan tələbatın artması ilə bağlıdır

Siyasət Materials 17 Yanvar 2007 17:33 (UTC +04:00)
Milli bank: Manatın məzənnəsinin sabitliyi Azərbaycanda dollara olan tələbatın artması ilə bağlıdır

Azərbaycan Milli Bankı 2007-ci ildə milli valyutanın ABŞ dollarına nisbətən möhkəmlənməsi templərinin saxlanacağını proqnozlaşdırır. AMB Pul siyasəti departamentinin direktoru Xaqani Abdullayevin çərşənbə günü Trend ə verdiyi xəbərə görə, ötən ilin yekunlarına görə manat 5,14% möhkəmlənib - ilin əvvəlində 0,9184 manatdan ilin sonunda 0,8714 manata enib.

2006-cı ilin dekabr ayından başlayaraq bu günə qədər məzənnənin hərəkəti dayanıb, bu isə idxal əməliyyatlarının artırılması mövsümü ilə bağlı dollara olan tələbatın artması ilə əlaqədardır.

"Dekabr-yanvarda adətən valyuta bazarında balans müşahidə olunur, ona görə də möhkəmlənmənin davam edəcəyi üçün iqtisadi əsas yoxdur", - deyə AMB nümayəndəsi hesab edir.

"Ölkənin milli bankı digər ölkələrin təsbit edilmiş məzənnə rejiminin tətbiq olunduğu Mərkəzi banklarından fərqli olaraq, sərbəst və idarə olunan məzənnə rejiminə üstünlük verir. Ona görə də maliyyə və məzənnə sabitliyini saxlamaq üçün, lazım gəldikdə, valyuta bazarında artıq valyuta alır", - deyə X.Abdullayev qeyd edib.

Belə vəziyyət ötən il ərzində də olub, lakin AMB-nin valyuta bazarına müdaxiləsi ölkəyə böyük neft-dollar daxilolmaları ilə bağlı artıq dollar kütləsinin alınması ilə bağlı idi. Müvafiq olaraq, valyuta tərkibi konvertasiya üçün valyuta bazarına atılır. Bununla bağlı ötən il Milli bank 1 mlrd. ABŞ dolları həcmində manat müdaxiləsini həyata keçirib.

X.Abdullayevin sözlərinə görə, manata olan tələbatın bir hissəsi adətən valyuta bazarının özü tərəfindən təmin edilir. Dövlət büdcəsinin yarısından çoxu ARDNŞ-ə vergi daxilolmaları ilə bağlı neft gəlirlərindən ibarətdir və mənfəət vergisi üzrə neft konsorsiumunun daxilolmaları valyuta bazarına əsas təzyiqi göstərib və bu, 2006-cı ildən başlayıb.

Məzənnə sabitliyinin dəstəklənməsi ilə bağlı, AMB valyuta bazarında dollar kütləsi artıqlarının alınması vasitəsilə manata olan tələbatı ödəməyə məcbur olub. Dövlət büdcəsindən başqa, ötən il Azərbaycan Dövlət neft fondu da bazarda yüz milyonlarla dollar satıb, bu isə əsasən bazarın özü tərəfindən ödənilib.

Dövlət büdcəsinin 2007-ci il üçün parametrlərini nəzərə alaraq, AMB müdaxiləsinin analoji həcmləri bu il də gözlənilir. Manatın ABŞ dollarına nisbətən məzənnəsi üzrə proqnozların müəyyən olunması üçün bu il Milli Bank hələ də hesablamaları davam etdirir.

2007-ci il üçün dövlət büdcəsinin proqnozlarında dolların manata nisbətən məzənnəsi 1 dollara görə 0,86 manat həcmində müəyyən olunub, 2006-cı ildə proqnoz göstəricilərində isə 0,90 manat nəzərdə tutulmuşdu.

Xəbər lenti

Xəbər lenti