...

ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi fevralın 8-10-da bölgəyə gələcək

Siyasət Materials 18 Yanvar 2007 15:53 (UTC +04:00)
ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi fevralın 8-10-da bölgəyə gələcək

ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarker fevral ayının 8-10-da bölgəyə səfərə gələcək. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı məruzə üzərində iş başa çatıb.

"Lakin həmin məruzəni müzakirəyə çıxarmaqdan ehtiyat edirlər. Məruzənin müzakirəsi müəyyən problemlərlə üzləşir. ATƏT PA-nın rəhbərliyi bildirir ki, ATƏT-in Minsk Qrupu var və qrupun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olurlar. Həmsədrlər bir iş görəndən sonra biz qərar qəbul edə bilərik. Bu isə ikili standartlardan irəli gəlir", - deyə Eldar İbrahimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti