...

"YeS" blokunun həmsədri E.Namazov: "Kütləvi aksiyalar keçirmək təşəbbüsü müxalifət üçün rəqabətin bir formasına çevrilib"

Siyasət Materials 19 Yanvar 2007 13:17 (UTC +04:00)

"Kütləvi aksiyaların keçirilməsi təşəbbüsü müxalifət üçün rəqabətin bir formasına çevrilib". Bu fikirləri Trend ə açıqlamasında "Yeni Siyasət" blokunun həmsədri Eldar Namazov bildirib.

O, müxalifət partiyalarının qiymət artımına etiraz olaraq bir-birinin ardınca mitinqlər təyin etməsinə münasibətini bildirərkən deyib ki, siyasi partiyalar tərəfindən təşkil edilməsə belə, kütləvi aksiyalar istər-istəməz olacaq. Çünki Tarif Şurasının qərarı əhalinin sosial durumuna çox ciddi zərbə vurur: "Bakıda, Azərbaycanın müxtəlif rayonlarında sadə vətəndaşlar, sürücülər, fermerlər, iş adamları etirazlarını bildirirlər. Hansısa etiraz aksiyalarını həm də siyasi partiyalar təşkil etməli, öz mövqelərini bildirməlidirlər. Kütləvi aksiyalara qoşulmaq üçün heç bir qadağa yoxdur. Sadəcə olaraq, biz hesab edirik ki, müxalifət partiyaları bir araya gəlib bu tədbirləri bir yerdə keçirməlidirlər. Amma kütləvi aksiyalar müxalifət üçün müəyyən mənada rəqabətin bir formasına çevrilib. Hər kəs çalışır ki, özü aksiya keçirərək "ana müxalifət" olduğunu nümayiş etdirsin. Bu cür yanaşmanı düzgün hesab etmir və pisləyirik"-deyə E.Namazov vurğulayıb.

O, "Yeni Siyasət" blokunun qiymət artımı ilə bağlı Tarif Şurasının qərarına etiraz etdiyini və bu aksiyaları dəstəklədiyini deyib.

Xəbər lenti

Xəbər lenti