...

Vahid Əliyev: Qəbələ RLS-in icarə haqqının artırılıb-artırılmayacağı hələ məlum deyil

Siyasət Materials 23 Yanvar 2007 13:05 (UTC +04:00)

Azərbaycanın Rusiya qarşısında Qəbələ RLS-in icarə haqqı ilə əlaqədar məsələ qaldırıb-qaldırmayacağı hələ məlum deyil. Trendin xəbərinə görə, bu barədə jurnalistlərə yanvarın 23-də Azərbaycan Respublikası prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev məlumat verib.

V.Əliyev bildirib ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS-in icarəsinə dair müqavilənin müddəti 2012-ci ildə başa çatacaq. Baxmayaraq ki, Rusiya Azərbaycanla qaz müqaviləsinin şərtlərini pozdu, Azərbaycan bütün müqavilələrə sədaqətlə yanaşır.

"Azərbaycanın millət vəkillərinin Qəbələ RLS-in icarə haqqısının artırılması məsələsini parlamentin gündəliyinə çıxarab-çıxarılmamasınıda bu başdan deyə bilmərəm",- V. Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti