...

Azərbaycan prezidenti bəstəkar Səid Rüstəmovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 Yanvar 2007 19:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 24-də görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan xalq çalğı alətləri orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Səid Rüstəmovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır ki, bəstəkarın 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Xəbər lenti

Xəbər lenti