...

GUAM Milli Koordinatorları Komitəsinin növbəti iclası martda keçiriləcək

Siyasət Materials 29 Yanvar 2007 15:31 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" Milli Koordinatorları Komitəsinin (MKK) növbəti iclası martın 15-16-da Kiyevdə keçiriləcək. Bu barədə eksklüziv olaraq Trend ə təşkilatın informasiya ofisinin inzibati direktoru Georgi Nazarov bildirib.

Onun sözlərinə görə, milli koordinatorların görüşü ekspertlərin Ukrayna paytaxtında keçiriləcək görüşündən sonra baş tutacaq.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova nümayəndələri təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər. MKK iclasının gündəliyi də ekspertlərin iclasında hazırlanacaq.

Xatırladaq ki, Azərbaycaını MKK-də xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti