...

Conotan Henik: ABŞ ümid edir ki, Azərbaycan İranı nüvə silahının zənginləşdiriliməsi ilə bağlı proqramdan imtina məsələsində əmin etməkdə köməkçi olacaq

Siyasət Materials 31 Yanvar 2007 13:47 (UTC +04:00)
Conotan Henik: ABŞ ümid edir ki, Azərbaycan İranı nüvə silahının zənginləşdiriliməsi ilə bağlı proqramdan imtina məsələsində əmin etməkdə köməkçi olacaq

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr depatamentinin başçısı Conotan Heniklə Trend in eksklüziv müsahibəsi

- Azərbaycan-Amerika münasibətlərinin səviyyəsini hazırkı mərhələdə Siz necə qiymətləndirirsiniz? İkitərəfli əlaqələrin inkişafı işində 2006-cı ilin nəticələrini necə qiymətləndirirsiniz?

- İki ölkə arasında mövcud olan əlaqələr möhkəmdir və inkişaf etməkdədir. Tezliklə biz iqtisadi əməkdaşlıq üzrə komissiyanı işə daxil edəcəyik ki, bu, iqtsadiyyat və energetika sahəsində bizim münasibətləri daha yeni səviyyəyə gətirəcək. Hərbi və təhlükəsizlik məsələləri ilə bağlı biz artıq sıx əməkdaşlıq edirik. Dövlət katibinin məsləhətçisi Berri Lovenkron (Barry Lowenkron) dekabrda Azərbaycanda olub və gözlənildiyi kimi bu səfər demokratiya və insan haqları sahəsində təcrübə mübadiləsinin başlanğıcı olub. Eləcə də biz ATƏT-in Misnk qrupu həmsədri kimi Dağlıq Qarabağla bağlı qətnamə çıxarılması üçün ciddi-cəhdlə çalışırıq.

- ABŞ Cənubi Qafqaz regionunda, eləcə də İranın nüvə probleminin həllində Azərbaycanı hansı rolda görür?

- Bütün beynəlxalq ictimaiyyət İranın nüvə roqramı ilə bağlı narahatdır, lakin İran BMT Təhlükəsizlik Şurasına və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (IAEA) tabe olmamaqda davam edir.

Biz ümid edirik ki, Azərbaycan İrana qonşu dövlət kimi bu ölkəni nüvə silahının zənginləşdirilməsi üzrə proqramdan imtina etməyə, beynəlxalq qətnamələrə əməl etməyə, eləcə də İranın beynəlxalq ictimaiyyətin həyatına qoşulmasına əmin edəcək.

- Siz Azərbaycanın Avroatlantika məkanına inteqrasiya tempini necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa institutlarına əsaslanan bazar iqtisadiyyatının inkişafında öz məqsədlərini bəyan edib. Azərbaycan Aİ, NATO və ABŞ-la sıx əməkdaşlığı davam etdirir. Bu inteqrasiyanın nə qədər və hansı sürətlə sürəcəyi Azərbaycan hökuməti və Azərbaycan xalqından asılıdır.

- BMT çərçivəsində Azərbaycan, Gürcüstan və Moldovada dondurulmuş münaqişələrin tənzimlənməsi üzrə GUAM ölkələrinin təşəbbüsünü Siz necə qiymətləndirirsiniz? Münaqişələrin bu formatda həlli perspektivlərini Siz necə görürsünüz?

- BMT dinc müzakirə və qətnamə qəbul edilməsi üçün faydalı forma təqdim edib, lakin məlum oldu ki, bəzi ölkələr bundan bir-birini ittiham etmək və debatlar qurmaq üçün yararlandılar. ABŞ bu istiqamətdə istənilən təşəbbüsləri alqışlayır, o cümlədən GUAM-ın təşəbbüsünü, əgər onlar qətnaməyə öz bəhrələrini verməyə hazırlaşırlarsa.

- Sizin fikrinizcə, Nabukko layihəsinin realizəsi Avropa İttifaqı ölkələrinə qaz təminatı məsələsində nə dərəcədə kömək edə bilər? Fikrinizcə, Nabukko layihəsinin tam gücü ilə işi Avropanın Rusiya qazından asılı olmasını nə dərəcədə azalda bilər?

- Rusiya Avropa bazarında əsas qaz tədarükçüsudur və olaraq qalacaq, eyni zamanda, Avropanın enerji ehtiyacları artır və enerji təhlükəsizliyi yeni mənbələrin əldə edilməsi ilə təmin ediləcək.

- Sizin fikrinizcə, Rusiyanın "Qazprom" şirkətinin hazırkı qiymət siyasəti Avropaya qaz tədarükünün divesifikasiyasına necə təsir göstərəcək?

- Mən bu sahədə ekspert deyiləm və düşünürəm ki, enerji tələb və təkliflərinin gələcək kəsişməsi barədə fikir söyləmək çətindir. Eyni zamanda, bu qış və keçən qışda qaz verilməsində yaranan fasilələr yeni enerji mənbələrinin axtarılmasının vacibliyini bir daha göstərdi.

- Ağ Ev Administrasiysı Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə qiymətləndirir?

- Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın həyata keçirdiyi tədbirləri ABŞ yüksək qiymətləndirir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum Heydər Əliyevin uzaqgörənliyinin və ABŞ və Azərbaycanın sıx əməkdaşlığının nümunəsidir. ABŞ enerji mənbələri üçün həm tədarükçü, həm də tranizt ölkə kimi Azərbaycanın rolunun artırılması məqsədilə Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcək.

- ABŞ Qazaxıstan və Türkmənistandan karbohidrogenlərin Avropaya ötürülməsi üçün Xəzər dənizinin dibi ilə Transxəzər neft və qaz kəmərlərinin tikintisi ideyasını nə dərəcədə real görür? ABŞ bu layihəni siyasi və maliyyə cəhətdən dəstəkləməyə hazırdırmı?

- Xəzər dənizi enerji ehtiyatlarının Azərbaycan vasitəsilə Avropaya əlavə tədarükünün həyata keçirilməsi istiqamətində ABŞ bütün layihələri dəstəkləyəcək. Bu cür layihələr özəl şirkətlər tərəfindən onların kommersiya maraqları əsasında dəstəklənəcək və kommersiya cəhətdən həyat qabiliyyətli olmalıdır. Eyni zamanda, ABŞ bu cür layihələrin realizəsi məqsədilə istənilən istiqamətlərdə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti