...

BQP sədri F.Qəzənfəroğlu: "İqtidarın müxalifətə münasibəti mənfi olduğundan hər hansı müxalifət partiyasının hakimiyyətə yaxınlaşmasının mənası qalmır"

Siyasət Materials 31 Yanvar 2007 14:55 (UTC +04:00)

"Azərbaycan hakimiyyətinin ümumiyyətlə müxalifətin mövcudluğuna münasibəti mənfidir. Belə olan halda hər hansı müxalifət partiyasının hakimiyyətə yaxınlaşmasının da mənası qalmır". Bu fikirləri Trend ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

BQP sədri müxalifətçi Azərbaycan Demokrat Partiyasının (ADP) hakimiyyətə qarşı münasibətini dəyişdirməsi, artıq radikallığa deyil, siyasi dialoqa üstünlük verməsi barədə qərarına münasibətini açıqlayıb. F.Qəzənfəroğlu deyib ki, ADP-nin bu cür yanaşmasını normal qiymətləndirmək lazımdır. Lakin iqtidarın müxalifətə münasibətini təhlil edəndə vəziyyət dəyişir: "Məsələ burasındadır ki, bu gün hakimiyyətdə müxalifətlə iqtidar arasındakı münasibətlərə, müxalifətin hər hansı bir iş görməsinə çox kəskin reaksiya verən kifayət qədər sayda qüvvələr var. Bu mənfi münasibəti parlamentdə təmsil olunan müxalifətçi deputatlar daha yaxından hiss edir, çünki həmin münasibət MSK-nın formalaşması prosesində də özünü göstərib. Amma istənilən halda, hesab edirəm ki, hakimiyyət ADP-nin yeni siyasi kursuna müsbət reaksiya verməlidir. Bununla Azərbaycanda normal siyasi münasibətlərin formalaşması mərhələsi başlana bilər".

Xəbər lenti

Xəbər lenti