...

Nazir A.Rəhimov: "Azərbaycan Prezidenti İlham Əliyev sabah 2007-ci il i"Gənclər İli" elan edə bilər"

Siyasət Materials 1 Fevral 2007 15:26 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin "Gənclər İli" elan olunmasına dair sabah - fevralın 2-də sərəncam verə bilər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O qeyd edib ki, 2 fevral - Gənclər Günü ilə bağlı prezident İlham Əliyevin gənclərlə görüş keçirməsi gözlənilir. Görüşdə dövlət başçısı 2007-ci ili gənclər İli elan edə bilər. Çünki bununla bağlı Gənclər İdman Nazirliyi prezident İlham Əliyevə müraciət edib.

Gənclər və idman naziri onu da deyib ki, Milli Məclisdə gənclər haqqında qanuna yenidən baxılması nəzərdə tutulub. Bu barədə nazirliyə parlamentin sosial-siyasət komissiyasının sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəbli bildirib ki, gənclər qanunu yenidən müzakirə olunacaq və gözlənilən dəyişikliklər gənclərin sosial durumu ilə bağlı bəzi problemlərin həllinə imkan yarada bilər.

Xəbər lenti

Xəbər lenti