...

Azərbaycan prezidentinin Gürcüstana səfərinin proqramı açıqlanıb

Siyasət Materials 6 Fevral 2007 15:08 (UTC +04:00)
Azərbaycan prezidentinin Gürcüstana səfərinin proqramı açıqlanıb

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tiflisdə yeni beynəlxalq hava limanının açılış mərasimində iştirak etmək üçün fevralın 7-də Tiflisə gələcək.

Gürcüstanın Dövlət Dəftərxanasından Trend ə verilən məlumata əsasən, Tiflisdə Azərbaycan prezidentini baş nazir Zurab Noqaideli qarşılayacaq. Proqrama əsasən, daha sonra iki dövlət başçısı - Mixail Saakaşvili və İlham Əliyevin qapalı görüşü keçiriləcək.

Kürün sağ sahili hissəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimində Gürcüstan və Azərbaycanın özfəaliyyət ansambllarının iştirakı ilə konsert keçiriləcək. Həmçinin Tiflisin yeni təmir edilmiş "Azadlıq Meydanı" metrostansiyasına, yenidən qurulmuş respublika xəstəxanasına və s. baxış da nəzərdə tutulub.

Günün ikinci yarısında Tiflisə Gürcüstanın baş naziri Zurab Noqaidelinin qarşılayacağı Türkiyənin baş naziri Ərdoğan gələcək. Daha sonra qonağın Mixail Saakaşvili ilə görüşü nəzərdə tutulub. Bundan sonra parlamentin prezident fligelində üç dövlət başçısının - İlham Əliyev, Mixail Saakaşvili və Rəcəb Ərdoğanın görüşü keçiriləcək.

Proqrama əsasən, daha sonra birgə sənədlərin imzalanması və yeni Tiflis beynəlxalq hava limanının açılışı baş tutacaq. Bundan sonra Gürcüstan prezidenti və yüksək qonaqlar Boris Paiçadze adına stadionda Gürcüstan və Türkiyənin yığma futbol komandalarının dostluq matçında iştirak edəcək. Matçdan sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri vətənə dönəcəklər.

Xəbər lenti

Xəbər lenti