...

Səfir: "Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlığa dair 7 sənəd imzalanması planlaşdırılır"

Siyasət Materials 12 Fevral 2007 13:12 (UTC +04:00)
Səfir: "Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlığa dair 7 sənəd imzalanması planlaşdırılır"

Fevralın 22-23-də Moldova baş naziri Vasili Tarlevin Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Moldova arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair 7 sənəd imzalanması planlaşdırılır. Bu barədə eksklüziv olaraq Trend ə Moldova respublikasının fövqəladə və səlahiyyətli səfiri İon Robu bildirib.

Sənədlər layihəsi sırasında 4 hökumətlərarası razılaşma var, əsasən, Azərbaycan respublikası və Moldova respublikası arasında "Geodeziya, kartoqrafiya, kadastr, geoinformasiya sistemləri və torpağın distansion zondlaşdırılması haqqında", "Miqrasiya sahəsində əməkdaşılq haqqında", "İqtisadi və vergi qanunvericiliyinin qanun pozuntularına qarşı mübarizə sahəsində əməkdaşılq və informasiya mübadiləsi haqqında" və "Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" razılaşmalardır. Diplomat qeyd edib ki, sənədlər artıq imzalanmaq üçün hazırdır.

Həmçinin idarələrarası xarakterli bir neçə razılaşma layihəsi də hazırdır. Bu razılaşmalar stastistka, səhiyyə və tibbi elmləri, maliyyə sahəsinə dairdir. Sənədlərin layihəsi razılaşdırılmanın son mərhələsindədir.

Səfir bildirib ki, səfər çərçivəsində həmçinin Bakıda Azərbaycan və Molodva arasındha iqtisadi əməkdaşılığa dair hökumətlərarası komissiyanın iclasının və biznes-forum keçirilməsi planlaşdırılır. İclasın işində və biznes-forumda iştirak məqsədilə Moldovanın hökumət və özəl sektorunu təmsil edən nümayəndə heyətinin Bakıya gəlişi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti