...

Azərbaycanın milli təhlükəsizlik naziri Amerika nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Fevral 2007 19:47 (UTC +04:00)

Fevralın 12-də Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə MTN-nin mətbuat xidmətindən məlumat verilib.

E.Mahmudov bəyan edib ki, Azərbaycan üçün ABŞ-la qarşılıqlı əməkdaşlıq prioritet məsələdir.

Nazir həmçinin qonaqlara regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhlükələr barədə söhbət açıb. O, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıq və bununla bağlı respublikada həyata keçirilən tədbirlər barədə qeyd edib.

Xəbər lenti

Xəbər lenti