...

Azərbaycan Prezidenti ABŞ müdafiə nazirinin müavini Piter Rodmanı qəbul edib

Siyasət Materials 12 Fevral 2007 20:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Piter Rodman bildirib ki, Bakıya səfərin məqsədi ölkələrimiz arasında təhlükəsizlik məsələlərinə dair diaoluqu, tərəfdaşlığı daha da genişləndirməkdir. "Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü Birləşmiş Ştatların strateji maraq dairəsindədir, biz sizinlə mövcud olan tərəfdaşlığı yüksək qiymətləndiririk və Azərbaycanla etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıyıq" - deyə ABŞ nazirinin müavini bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında təhlükəsizlik, antiterror əməliyyatları və digər sahələrdə uğurla inkişaf edən tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələrinin çox yaxşı tarixi olduğunu xatırladaraq, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib. "Biz enerji təhlükəsizliyinin müxtəlif aspektləri, regional əməkdaşlıq məsələləri üzərində işləyirik. Bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir" - deyə Azərbaycan prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti