...

Əvəz Temirxan ALP İcraiyyə Komitəsinin sədri vəzifəsindən istefa verib

Siyasət Materials 19 Fevral 2007 13:47 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan vəzifəsindən istefa verib. Trend in məlumatına görə, ALP Siyasi Şurasının fevralın 17-də keçirilən iclasında Əvəz Temirxan tutduğu vəzifədən istefa verməsinə dair ərizə təqdim edib. Siyasi Şura onun istefa ərizəsini qəbul edib. Əvəz Temirxan bundan sonra ALP-nin sədr əvəzi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Ə.Temirxan 2003-cü ilə qədər yalnız ALP İcraiyyə Komitəsinin sədri olub. 2003-cü ildə Lalə Şövkət partiya sədri vəzifəsindən istefa verdikdən sonra həm ALP-nin sədr əvəzi, həm də İcraiyyə Komitəsinin rəhbəri olub.

Siyasi Şura səs çoxluğu ilə Elman Məmmədzadəni ALP İcraiyyə Komitəsinin sədri seçib.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir. 2003-cü ilin prezident seçkiləri dövründə ALP sədri vəzifəsindən istefa verib və bu partiyanın da daxil olduğu Milli Birlik Hərəkatının lideri seçilib. Həmin dövürdən partiyaya ALP İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan rəhbərlik edir. O ALP-nin sədr əvəzi kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub.

Xəbər lenti

Xəbər lenti