...

Azərbaycan və Koreya avtobus alınması üçün kredit razılaşması imzalayıb

Siyasət Materials 22 Fevral 2007 13:07 (UTC +04:00)
Azərbaycan     və     Koreya     avtobus     alınması     üçün     kredit     razılaşması     imzalayıb

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Bu gün Azərbaycanın " Trans Gate " və Cənubi Koreyanın " Daewoo International " şirkəti Bakıda Nəqliyyat Nazirliyində böyük tutumlu avtobusların alınması üçün kredit razılaşması imzalayıb. Avtobusların tədarükünün ilk mərhələsinə mart ayında başlanmalıdır. Birinci mərhələdə təxminən 200 bu cür avtobusların alınması nəzərdə tutulur. Gələcəkdə daha 500 avtobusun alınması planlaşdırılıb.

Bu onunla izah edilir ki, aparılan qiymətləndirmələrə görə, sərnişin daşımaları üçün marşrut xçtlçrini təmin etmək üçün təxminən 800 böyük tutumlu avtobus və təxminən 2 min orta tutumlu avtobus lazımdır.

İlk 53 avtobus Bakıya 3 ay ərzində, daha sonra 4 ay ərzində yerdə qalan hissə çatdırılacaq.

Bütün bu işlər Azərbaycan prezidentinin "2005-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı çərçivəsində həyata keçiriləcək. Yeni avtobusların alınması şəhərin nəqliyyat infrastrukturunda bəzi problemləri həll etməyə, eləcə də sərnişinlərə xidmətin keyfiyyətinin artırılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti