...

Dağlı q Qarabağın azərba y canlı icmasının rəhbəri Nizami Bəhmənov Avropa Parlamentinin üzvləri ilə görüşüb

Siyasət Materials 22 Fevral 2007 18:09 (UTC +04:00)
Dağlı  q   Qarabağın azərba  y  canlı icmasının rəhbəri Nizami Bəhmənov Avropa Parlamentinin üzvləri ilə görüşüb

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov fevralın 22-də Avropa Parlamentinin Almaniyadan olan türk əsilli üzvü Dem Özdəmir və Macarıstanlı parlamentari Georgi Şofflinlə görüşüb. N.Bəhmənov Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri və münaqişənin həlli üçün aparılan danışıqların mövcud durumu haqqında avroparlamentərilərə məlumat verib. N.Bəhmənov qeyd edib ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və etnik təmizləmə törədib. Nəticədə Azərbaycanın 20 faiz torpaqları işğal olunub. N.Bəhmənov qeyd edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Rəsmi Bakı Dağlıq Qarabağda yaşayan ermənilərə dünyada mövcud olan ən yüksək muxtariyyat verməyə hazırdır. "Lakin Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini özünə birləşdirmək istəyir və ona görə də danışıqlarda konstruktiv mövqe tutmur", - deyə o vurğulayıb.

N.Bəhmənov onu da qeyd edib ki, ermənilər Dağlıq Qarabağa XVIII əsrin əvvəllərində İran və Türkiyədən köçüb gəliblər. Hazırki Ermənistan dövləti qədim Azərbaycan torpaqlarında yaradılıb. N.Bəhmənov avroparlamentarilərdən Azərbaycanın haqlı mövqeyini müdafiə etməyi və haqq səsini dünyaya çatdırmağı xahiş edib.

Georgi Şofflin qeyd edib ki, etnik təmizləmə siyasəti qəbul edilən hal deyil.

Dem Özdəmir isə deyib ki, bura Azərbaycanın acılarını bölüşmək və həqiqətləri öyrənmək üçün gəliblər. O, münaqişə həll olunandan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bir yerdə yaşaya bilib- bilməyəcəyi ilə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti