...

Azərbaycan DİN-i mərkəzləşdirilmiş siqnalizasiya şəbəkəsi yaradacaq

Siyasət Materials 23 Fevral 2007 16:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Azərbaycanda respublikanın bütün rayonları üzrə əsas pultu Bakıda yerləşəcək mərkəzləşdirilmiş mühafizə (siqnalizasiya) şəbəkəsi yaradılacaq. İşlər çərçivəsində respublikanın bütün əhəmiyyətli obyektlərində siqnalizasiyanın quraşdırılması planlaşdırılıb. Bu barədə Azərbaycan DİN-in mühafiə idarəsinin rəisi Yusif Ağarzayev məlumat verib. Hazırda DİN-in mühafizə idarəsi tərəfindən 1600-dən çox özəl və dövlət obyektləri nəzarət olunur. Y.Ağarzayevin sözlərinə görə, 2007-ci ilin sonuna qədər Sumqayıt, Gəncə, Əli-Bayramlı, Xaçmaz, Salyan və digər rayonlarda rayon pultlarının texniki təminatı işləri tamamlanacaq. Rayonlarda siqnalizasiyanın quraşdırılmasına əsas maneəni elektrik enerjisinin qeyri-müntəzəmliyi və olmaması yaradır.

Xəbər lenti

Xəbər lenti