...

Afinada Azərbaycan və Yunanıstan arasında ticarət-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcək

Siyasət Materials 2 Mart 2007 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/15-16 mart tarixində Afinada Azərbaycan və Yunanıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın II iclası keçiriləcək. Azərbaycanın Yunanıstandakı səfirliyinn üçüncü katibi Vüsal Abdullayevin məlumatına əsasən, səfirlik artıq qarşıdan gələn iclasa hazırlıq işləri aparır.

İclasın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi daxildir. Komissiyanın rəhbərləri Yunanıstan tərəfindən xarici işlər nazirinin müavini Evripidis Stilianidis, Azərbaycan tərəfindən isə iqtisadi inkişaf naziri Heydər Babayevdir. Diplomatın məlumatına əsasən, iclas ərəfəsində Afinada iki ölkə hökumətlərinin ekspertlərinin görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti