...

"İnvestisiyalar haqqında" qanun layihəsi hazırlanır

Siyasət Materials 6 Mart 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Parlamentin İqtisadi siyasət daimi komissiyasında "İnvestisiyalar haqqında" qanun layihəsi hazırlanır. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirb ki, hazırda qanun layihəsi üzərində iş aparılır.

"Çox guman ki, qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə olunacaq. Əgər layihə üzərində iş başa çatdırılmasa, Milli Məclisin payız sessiyasında mütləq qəbul olunacaq", - deyə millət vəkili əlavə edib.

O vurğulayıb ki, hazırda "İnvestisyaların qorunması haqqında" qanun layihəsi də hazırlanır.

V.Əhmədov deyib ki, bu qanunların qəbul olunmasında məqsəd Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların qanunla qorunmasını daha da gücləndirməkdir.

Xəbər lenti

Xəbər lenti