...

MSK sədri: "Azərbaycan nümayəndələri Ermənistanda keçiriləcək seçkilərin müşahidəsində iştirak etməyəcək"

Siyasət Materials 7 Mart 2007 17:21 (UTC +04:00)
MSK sədri: "Azərbaycan nümayəndələri Ermənistanda keçiriləcək seçkilərin müşahidəsində iştirak etməyəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistanda keçiriləcək parlament seçkilərini MDB və digər beynəlxalq qurumların müşahidə missiyaları çərçivəsində müşahidə etmək üçün Azərbaycana dəvət gələcəksə, MSK bundan imtina edəcək. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlama verib.

MDB-nin İcraiyyə Komitəsi mayın 12-də Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün müşahidəçi missiyası yaradıb.

M.Pənahov qeyd edib ki, Azərbaycanın Ermənistanla heç bir sahədə əlaqələri və əməkdaşlığı yoxdur. Ona görə də MSK Azərbaycanın yürütdüyü xarici siyasətə uyğun şəkildə və milli maraqlarımıza zidd olmayan addımlar atır: "Baxmayaraq ki, MSK siyasi qurum deyil və biz daxili, xarici siyasi proseslərə müdaxilə etmirik. Amma biz Azərbaycan vətəndaşlarıyıq və dövlətin siyasi kursu, maraqları üstün tutulur. Bu səbəbdən indiyədək də Ermənistanda keçirilmiş hər hansı seçkidə iştirak etməmişik"-deyə M.Pənahov vurğulayıb. O əlavə edib ki, bu məsələ ilə bağlı Azərbaycan MSK-sının mövqeyi beynəlxalq qurumlara məlumdur və buna görə də onlar tərəfdən heç bir dəvət gəlməyib.

Xəbər lenti

Xəbər lenti