...

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Gürcüstan ermənilərini azərbaycanlılara qarşı aqressivləşdirib

Siyasət Materials 14 Mart 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.İlhamqızı/Azərbaycan-Gürcüstan müttəfiqliyinin genişlənməsi Gürcüstanda yaşayan erməniləri azərbaycanlılara qarşı aqressivləşdirir. Bu barədə Gürücstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının lideri Əlibala Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra indi də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Ermənistan kimi, Gürcüstanda yaşayan erməniləri də çox qıcıqlandırır. Buna görə də son 15 gün ərzində Gürcüstanda ermənilərin azərbaycanlılara qarşı münasibətində vəziyyət gərginləşib, həmsərhəd kəndlərdə, meşələrdə azərbaycanlılara təzyiqlər edilir.

"Artıq azərbaycanlıların nəinki özləri, heç mal-qarası, bir heyvanı belə ermənilər tərəfə keçə bilmir. Ermənilər Gürcüstanla sərhədlərini çox ciddi nəzarətə götürüblər. O tərəfə mal-qarası keçən azərbaycanlıları ya əsir götür, ya incidirlər. Belə hallar demək olar ki, hər gün baş verir. Gürcüstanın azərbaycanlılar yaşayan Sadaxlı kəndində baş vermiş ölüm hadisəsi də bununla bağlıdır", deyə Əsgərov qeyd edib.

"Qeyrət" Hərəkatının rəhbəri bildirib ki, Gürcüstanın Marneuli rayonunun əsasən Kuldərə, Mollaoğlu, Xocaeli kəndləri azərbaycanlı və ermənilərin birgə yaşadıqları kəndlərdir və burada ermənilərin təxribatları daha tez-tez baş verir: "Məqsəd isə Azərbaycan-Gürcüstan münasibətlərini pozmaqdır".

Xəbər lenti

Xəbər lenti