...

YAP icra katibinin müavini: "Əli İnsanov heç vaxt hansısa bir rayonda öz hesabına məktəb tikdirməyib"

Siyasət Materials 14 Mart 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Əli İnsanov heç vaxt hansısa bir rayonda öz hesabına məktəb tikdirməyib, abadlıq, quruçuluq işləri aparmayıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sabiq səhiyyə naziri Əli İnsanovun vaxtilə Xaçmaz rayonunda iki məktəb binası tikdirməsinə dair məhkəmədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən bunu "tamamilə yanlış bir məlumat" adlandırıb.

"Bu insan ilk andan yalan danışmağa başlayıb. Guya hansısa dərmanlar ixtira edib və bunun hesabına pullar qazanıb. Hamıya aydındır ki, hansı fırıldaq yollarla milyonlar əldə edib. Əgər ixtiralarla həmin miqdarda pul qazanmaq düzgündürsə, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov niyə bunu edə bilmir? Onun 10 ixtirası Amerikanın hərbi sənayesində tətbiq olunub. Bu günə qədər həmin ixtiralarla bağlı bir manat pul ala bilməyib", -deyə Siyavuş Novruzov vurğulayıb.

YAP rəsmisi deyib ki, kitab yazmaqla da külli miqdarda vəsait qazanmaq mümkünsüzdür. Əli İnsanovun saxta dərmanları Azərbaycana gətirməklə vəsait əldə etdiyini bildirən S.Novruzov sual edir ki, niyə bir Avropa ölkəsində onun "İnsanovin" dərmanı istifadə olunmur? Dərman istehsal edən Sloveniya, Macarıstan və başqa ölkələrin adı çəkilmir? Ancaq Hindistandan danışır: "Fırıldaq yolu ilə pullar qazanıb. Bu gün Azərbaycan xalqını zəhərləyən Hindistan kimi ölkələrin saxta dərmanlarını gətirib apteklərə doldurub. Əli İnsanov ona qarşı sürülən konkret ittihamlara cavab verməlidir. Tibb müəssisələrini öz qohum-əqrəbalarının adına hansı yolla özəlləşdirməsinə aydınlıq gətirməlidir." r." Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti