...

ATƏT Azərbaycanın məhkəmə sistemi ilə bağlı hesabat hazırlayır

Siyasət Materials 15 Mart 2007 13:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/ATƏT 2007-ci ildə Azərbaycanın ATƏT prinsip və öhdəliklərini yerinə yetirməsini diqqətlə izləyəcək. Təşkilatın planları barədə ATƏT-in Bakı ofisinin yeni rəhbəri Xerero Ansola danışıb. ATƏT Azərbaycan hökməti və cəmiyyətinə təşkilatın prinsiplərinin reallaşdırılması sahəsində dəstək verməyə davam edəcək. Dəstəyin əsas istiqamətləri siyasi, hərbi, iqtisadi, ətraf mühitin mühafizəsi və insan haqları sahələridir. ATƏT polis fəaliyyətinin təkmilləşdirilməsinə texniki dəsətyin göstərilməsini, əsasən də neft gəlirlərinin xərclənməsinin şəffaflığı sahəsində dəstəyini davam etdirəcək, deyə o bildirib.

Bu il həmçinin məhkəmə prosesləri üzrə monitorinq aparılacaq və hesabat hazırlanacaq, bunun əsasında ATƏT ölkə hökumətinə öz məsləhətlərini təqdim edəcək. ATƏT hökumətə insan alveri, qeyri-leqal miqrasiya, şəxslərin ilkin saxlanılması sisteminin yenidən qurulması sahəsində dəstək göstərməyə davam edəcək.

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Azərbaycan hökuməti tərəfindən yoxsullq səviyyəsinin azaldılması və ölkənin iqtisadi göstəriciləri sahəsində əldə olunan uğurlarını müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti