...

Milli Məclis deputatlar arasında baş verən insidentlə bağlı qərar çıxaracaq

Siyasət Materials 17 Mart 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Milli Məclisin Nizam-intizam komissiyası parlamentin martın 16-da keçirilən iclasında deputatlar Hüseyn Abdullayev və Fəzail Ağamalı arasında baş verən insidentlə bağlı məsələni bu günlərdə müzakirəyə çıxaracaq. Bu barədə Trend ə eksklüziv açıqlamasında komissiyanın sədri, millət vəki Ağacan Əbiyev məlumat verib. Əbiyev bildirib ki, deputatların bir-birini təhqir etməsi və əlbəyaxa çıxması parlamentin daxili nizam-intizam qaydalarının pozulmasıdır. Onun sözlərinə görə, komissiyanın iclasında bütün detallar müzakirə olunacaq və müvafiq qərar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti