...

Azərbaycan və ABŞ energetika sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb

Siyasət Materials 23 Mart 2007 13:09 (UTC +04:00)
Azərbaycan və ABŞ energetika sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ ABŞ-ın dövlət katibi Kondaliza Rays və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 22-də Xəzər regionunda enerji sahəsində əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıblar. ABŞ-ın Dövlət Departamentindən Trend ə verilən məlumata görə, razılaşmada Xəzər dənizi regionunda enerji təhlükəsizliyi məsələlərində ABŞ və Azərbaycan hökumətlərinin yüksək səviyyədə dialoq aparılması istəyi əks olunub. Bu dialoq hökumətlər, şirkətlər arasında qlobal bazara neft və qaz ixracı ilə bağlı mövcud güclü əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edəcək.

Danışıqlarda əsas yeri Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin reallaşdırılması, Nabukko, həmçinin Avropanın təbii qaza olan təlabatının diversifikasiyası üçün Azərbaycan qazının ixracını təmin edəcək digər kəmərlər tutub. "Bu analaşma memorandumu bizim Azərbaycanla həmçinin demokratiya və bazar islahatları, energetika sahəsində genişlənən əməkdaşlığımızın mühüm elementini təşkil edir",-deyə Rays bildirib.

Xəbər lenti

Xəbər lenti