...

Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif olunub

Siyasət Materials 27 Mart 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Prezidentinin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinov və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsi rəisinin müavini Hafiz Musayevə general-mayor hərbi rütbəsi verilib.

Prezidentin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı orden və medallarla təltif olunub.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə general-mayor Əlimusa Əliyev, polkovnik Sübahir Qurbanov "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə, Allahquliyev Vüqar, Əsədov Hilal, Əsədullayev Ədalət, Əzizov Eldar, Nurməmmədov Malik, Ömərov Elxan, Tağıyev Ramiz, Usubov Mütəllim "Vətən uğrunda" medalı ilə, Ağayev Həsənağa, Əliyev Əli, Fətullayev İdrət, Məhərrəmov Bəbəş "İgidliyə görə" medalı ilə, Abbasov Asif, Axundov Vaqif, Bağırov Fariz, Çovdarov Akif, Əliyev Rafət, Əfəndiyev Namiq, Gərayzadə Ayaz, Hüseynov Rəşad, Kərimov Kərim, Quliyev Teymur, Mahmudov Elşad, Mikayılov Şahsuvar, Muradov Tengiz, Novruzov İlqar, Səlimov Azər, Şirəliyev Qədir "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti