...

Milli Məclis sədrinin birinci müavini Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 27 Mart 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov martın 27-də Azərbaycanda səfərdə olan Çinin hakim Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr departamentinin rəis müavini Ma Venpunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Z.Əsgərov qeyd edib ki, rəsmi Bakı Çinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirir: O vurğulayıb ki, Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Birinci vitse-spiker deyib ki, hazırda iki ölkə arasında yüksək səfiyyədə əlaqələr var və bu əlaqələr yüksələn xəttlə inkişaf edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş perespektivlərin olduğunu bildirən Z.Əsgərov bu əlaqələrin genişlənəcəyinə inandığını qeyd edib.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr departamentinin rəis müavini Ma Venpu isə deyib ki, son 15 ildə iki ölkə arasında əlaqələr xeyli inkişaf edib. O vurğulayıb ki, Çin xalqı Azərbaycandakı siyasi tarazlığa, iqtisadi inkişafa və əhalinin rifahının yaxşılaşmasına sevindiyini deyərək, iki ölkə arasındakı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti