...

ADP-nin bir neçə rayon təşkilatının sədrləri seçilib

Siyasət Materials 2 Aprel 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) bir neçə rayon, şəhər təşkiatına yeni sədrlər seçilib. Bu barədə ADP-dən məlumat verilib.

ADP-nin doqquzuncu qurultayına hazırlıqla ələqədar partiyanın yerli təşkilatlarında hesabat-seçki konfranslarının keçirilməsi davam edir.

Ötən həftə ərzində Astara, Ağsu, Qusar, Bakının Xətai rayonlarında yerli təşkilatların konfransları keçirilib. Nəbi Abbasov Xətai, Elman Hüseynov Astara, Süleyman Məmmədov Ağsu, Nizami Rüstəmov Qusar rayon təşkilatının sədri seçiliblər. Eyni zamanda rayon təşkilatının Nəzarət Təftiş Komissiyası və Məclis üzvləri seçilib. Hər üç rayon təşkilatından partiyanın növbəti 9-cu qurultayına nümayəndələr müəyyən olunub.

ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin bazar ertəsi keçirilən iclasında isə Xətai, Astara, Ağsu və Qusar təşkilatları üzrə konfransların nəticələri təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti