...

Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması prosesində 14 partiya iştirak edir

Siyasət Materials 3 Aprel 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlarda on dörd partiya iştirak edir. Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu açıqlama verib.

Onun sözlərinə görə, partiyalararası müzakirələr aprelin birinci yarısında başa çatacaq və yeni birliyin yaradılması elan olunacaq. Təsisçi partiyalar arasında saziş bağlanacaq.

Mirəlioğlunun sözlərinə görə, prosesin əvvəlində 14 partiya iştirak edir. Lakin onlardan hansıların yeni qurumda təmsil olunacağı sazişin bağlanması zamanı bilinəcək. Sazişə görə müxalifət partiyaları bir neçə sahələr üzrə əməkdaşlıq edəcəklər.

M.Mirəlioğlu parlamentin sabiq deputatı və AXCP sədri mərhum Əbülfəz Elçibəyin müavini olub.

Xəbər lenti

Xəbər lenti