...

Müxalifət partiyasının sədri digər partiyaya birləşmək üçün postundan imtina edir

Siyasət Materials 10 Aprel 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" və "Ədalət" partiyaları siyasi mövqelərini uzlaşdırdıqdan sonra birləşmə prosesi baş tutacaq. Bu barədə Azadlıq Partiyasının sədri Əhməd Oruc açıqlama verib.

Onun sözlərinə görə, hazırda birgə tədbirlər keçirən iki partiya əməkdaşlığın bu formasına üstünlük verir. Onların növbəti birgə tədbiri Azərbaycanda insan haqları mövzusuna həsr olunacaq.

Lakin "Ədalət" və "Azadlıq" partiyaları siyasi mövqelərini, hadisələrə baxışlarını uzlaşdırdıqdan və bir-birilərini daha yaxından tanıdıqdan sonra birləşəcək. Bu zaman Əhməd Oruc öz partiyasının adından və sədr postundan imtina etməyə hazırdır.

"Mən hər zaman lazımi məqamlarda güzəştə getmişəm və səmərəli fəaliyyət göstərən güclü bir müxalifət partiyasının yaranması üçün postumdan imtina etmək tələb olunarsa, buna da hazıram" - deyə Ə.Oruc bildirib.

Müxalifətçi "Azadlıq" və "Ədalət" partiyaları 2005-ci ildə Demokratik Azərbaycan Blokunda təmsil olunublar. Ədalət Partiyasının sədri millət vəkili İlyas İsmayılovdur.

Xəbər lenti

Xəbər lenti