...

Ədliyyə Nazirliyi Vətəndaş və İnkişaf Partiyasının sənədlərini geri qaytarıb

Siyasət Materials 12 Aprel 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ədliyyə Nazirliyi Vətəndaş və İnkişaf Partiyasının (VİP) qeydiyyatla bağlı sənədlərini geri qaytarıb. Bu barədə cümə axşamı Bakıda VİP sədri Əli Əliyev məlumat verib.

Ə.Əliyev qeyd edib ki, onlar bir il öncə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin ötən dövr ərzində onların müraciətinə cavab verilməyib.

"Beynəlxalq təşkilatlara müraciət etdikdən sonra Ədliyyə Nazirliyi bir iradla sənədi bizə qaytardı. Biz də qısa vaxt ərzində həmin iradı aradan qaldırıb, sənədləri yenidən Ədliyyə Nazirliyinə təqdim etmişik."

VİP sədri qeyd edib ki, yaxın günlərdə qeydiyyat məsələsi ilə bağlı yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Onun sözlərinə görə, bu məsələni ATƏT-in və Avropa Şurasının Bakıdakı nümayəndələri ilə müzakirə edib.

Qeyd edək ki, VİP 2006-cı illə Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyev tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti