...

ADP-nin qurultayı "Musavat"ın qərargahında keçirilir

Siyasət Materials 14 Aprel 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) şənbə günü Musavat Partiyasının gərargahında keçirdiyi qurultayda 150-ə yaxın iştirakçı var. Toplantının əvvəlində qurultaya Akif Şahbazov, Zəminə Dünyamalıyeva və Yaqub Abbasovdan ibarət sədarət seçilib.

Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov hazırlıqla bağlı hesabat verib. Bildirib ki, partiyanın 59 rayon təşkilatında konfranslar keçirilib və qurultaya 450 nümayəndə seçilib. Yer problemi olduğuna görə, 150-yə yaxın partiya üzvü qurultayda iştirak edir.

Sonra qurultayın gündəliyi təsdiqlənib, say komissiyası və katiblik formalaşdırılıb. Gündəliyə Təşkilat Komitəsinin hesabatı, partiya lideri Rəsul Quliyevin məktubunun oxunması, Ali Məclis sədrinin hesabatı daxildir. Şahbazov bldirib ki, qurultayda partiyanın Nizamnaməsinə dəyişiklik ediləcək.

Dəvət olunmalarına baxmayaraq, müxalifət partiyalarının rəhbərləri toplantıya qatılmayıblar. Yalnız Ədalət Partiyasından sədr müavinləri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və "Qərbi Azərbaycana qayıdış" İctimai Birliyinin rəhbəri Rizvan Talıbov qonaq qismində iştirak edirlər.

Qeyd edək ki, əvvəldən razılaşdırılmasına baxmayaraq, ADP-çilərin "Xəzər" şadlıq evində qurultay keçirmələrinə imkan verilmədi.

Xəbər lenti

Xəbər lenti