...

XİN rəhbəri: "Latviya Azərbaycanla AB və NATO-ya qoşulmaq təcrübəsini bölüşmək istəyir"

Siyasət Materials 16 Aprel 2007 14:15 (UTC +04:00)
XİN rəhbəri: "Latviya Azərbaycanla AB və NATO-ya qoşulmaq təcrübəsini bölüşmək istəyir"

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/ Trend in Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Artis Pabrikslə eksklüziv müsahibəsi

- Sizin Azərbaycana rəsmi səfəriniz çərçivəsində hansı məsələlər diqqət mərkəzindədir?

- Bizim Azərbaycanda müzakirə etmək üçün bir çox məsələlərimiz var. Səfərin gündəliyinə həm beynəlxalq, həm ikitərəfli xarakterli ən müxtəlif məsələlər daxildir. Azərbaycan prezidenti İlham Əliyevin səfəri çərçivəsində keçirilən Riqadakı ötən ilki danışıqlardan başlayaraq ölkələrimiz arasında münasibətlər daha da intensivləşib. Aramızda martda hökumətlərarası komissiyanın ilk sessiyası və müxtəlif səviyyələrdə səfərlərimiz baş tutub. Həmçinin müxtəlif nazirliklər arasında, həmçinin müdafiə, iqtisadiyyat, təhsil, səhiyyə, informasiya texnologiyaları, nəqliyyat və s. sahələrdə əlaqələr var. Biz gələcək əməkdaşlığımızı müzakirə etməliyik. Bu münasibətdə iqtisadiyyat sahəsində əməkdaşlıq çox vacibdir. 2006-cı ildə bizim daxili mal dövriyyəmiz 100% artıb. Bu olduqca yaxşı rəqəmdir. Əvvəlki danışıqları davam etdirərək və hökumətlərarası komissiyanın nəticələrini təhlil edərək biz irəli baxmalıyıq və bu imkanlardan daha da yaxşı istifadə etməliyik.

Biz, həmçinin Azərbaycanın Avropa Birliyinə münasibətini və NATO-Avropa Birliyi münasibətlərini müzakirə etmək istərdik. Bu aspektdə biz, Avropa və Avroatlantika strukturlarına inteqrasiyada öz təcrübəmizi təklif etməkdə davam edəcəyik. Bu, Azərbaycan, NATO və Avropa Birliyi arasında dialoqa kömək edəcək.

- Azərbaycan və Latviya prezidentlərinin qarşılıqlı səfərləri nəzərə alınmaqla bu, ikitərəfli münasibətlərə nə qədər müsbət təsir edib? Gələcək qarşılıqlı münasibətlərdə hansı istiqamətləri daha aktual hesab edirsiniz?

- Prezidentlərin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərimizdə yer almış yalnız parlaq hadisə deyil, həmçinin müəyyən durğunluqdan sonra münasibətlərimizn bərpa olunması üçün həssas impulsdur. Mən uzunmüddətli yaxşı imkanlar görürəm.

Xatırlatdığım kimi, ən əsas sahələr iqtisadi əməkdaşlıq, həmçinin inteqrasiya sahəsində təcrübəmizlə bölüşmək imkanıdır. Əlbəttə ki, həmçinin bir sıra digər sahələr də mövcuddur.

- Azərbaycan Avropa Birliyinə Latviyanın bu təşkilatda sədrliyi dövründə qəbul olunub. Avropa Birliyi və NATO üzvü kimi Latviya Azərbaycanın Avropa və Avroatlantika strukturlarına inteqrasiyasında hansı təşəbbüsü göstərə bilər?

- Təxminən 15 il əvvəl biz də Azərbaycan kimi bu cür vəziyyətdə idik və biz məqsədlərimizə çatmaq - Avropa Birliyi və NATO-ya qoşulmaq üçün bir çox işlər görmüşük. Bununu da biz Azərbaycanla bölüşmək istəyirik. Bizim Azərbaycanın bu gün üzləşdiyi bu cür islahatlarla bağlı təcrübəmiz artıq var. İslahatlar prosesi çox çətindir, lakin onlar həyata keçirilməlidir.

- Qonşu Litva dəfələrlə 3+3 formatında Baltika və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq barədə təşəbbüslə çıxış edib. Fikrinizcə, bu təşəbbüs nə qədər real və faydalıdır?

- Regional əməkdaşlıq konteksti çox vacib məsələdir. Baltikyanı dövlətlər yalnız üçtərəfli koordinasiya və birgə səylər hesabına məqsədlərinə çatıb. Baltikyanı dövlətlər və Cənubi Qafqaz arasında əməkdaşlıq - bu, mövcüd olan reallıqdır. İnanıram ki, bizim əməkdaşlığımızın institusializasiyası ən əsas məqsəd deyil, biz, hazırda mövcud olan münasibətlərimizi və qarşılıqlı mövcud sahələrdə və beynəlxalq məsələlərdə iki region arasında məsləhətləşmə mexanizmini davam etdirməli və dərinləşdirməliyik.

-Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Latviya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir təşəbbüslə çıxış edə bilərmi?

- Latviya hər vasitə ilə ATƏT-in Minsk qrupunun hazırkı fəaliyyətini dəstəkləyir. Aydındır ki, müvafiq həll yalnız qarşılıqlı dialoq və sülh danışıqları əsasında əldə olunacaq.

- Latviyada böyük Azərbaycan icması yaşayır. Latviyanın həyat fəaliyyətində icmanın rolunu, həmçinin Azərbaycan-Latviya dövlətlərarası əməkdaşlıqda onun tövhvəsini necə qiymətləndirirsiniz?

- Latviyada Azərbaycan diasporu ikitərəfli münasibətlərimizdə möhkəm elementdir. Latviyadakı azərbaycanlılar yaxşı inteqrasiya olunub və cəmiyyətimizdə fəal rol oynayır. Diasporun Latviyanın Sosial İnteqrasiya Nazirliyi ilə yaxşı münasibətləri mövcudur.

Xəbər lenti

Xəbər lenti