...

ABŞ səfirliyi yeni qrant müsabiqəsinin başlandığını elan edib

Siyasət Materials 18 Aprel 2007 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend P.Əmircanov/ Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Demokratiya Komissiyasinin Kiçik Qrantlar proqramı üzrə müsabiqənin 2007-cı ilin yaz mərhələsinin başlanmasını elan edir. Proqram üzrə layihə təklifləri 2007-cı il aprelin 18-dən 16 may 2007-cı il saat 18:00-dək qəbul ediləcək. Müsabiqədə maraqlı olan Azərbaycan təşkilatları (QHT) aşağıdakı 14 mövzudan biri üzrə layihə təqdim etməyə dəvət olunurlar:

Siyasi proseslərdə islahatların dəstəklənməsi:

2008 ilin noyabr Prezident Seçkilərinin azad və şəffaf keçirilməsini

dəstəkləyən layihələr.

Bələdiyyələrin rol və məsulliyyətlərini dəstəkləyən layihələr.

Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakını dəstəkləyən layihələr (NATO,

GUAM, ATƏT)

İnsan hüquqlarının dəstəklənməsi:

Hökumətin insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planını dəstəkləyən layihələr.

Media azadlığının dəstəklənməsi:

Vətəndaş cəmiyyətinin aktiv iştirakı vasitəsilə jurnalizmin inkişafını dəstəkləyən və genişləndirən layihələr.

Qanunun aliliyini dəstəkləyən layihələr:

Məhkəmə işlərinin monitorinqini aparan layihələr.

Təhsilli, hüquqlarını bilən və proseslərdə iştirakçı olan vətəndaşların formalaşdırılması:

Qadınlara qarşı məişət zəminli zorakılıq haqqında ictimai biliklərin artırılmasını dəstəkləyən layihələr.

İnsan alveri haqqında ictimai biliklərin artırılmasını dəstəkləyən layihələr.

Sülhün qurulması və münaqişələrdən çıxış bacarıqlarını dəstəkləyən layihələr.

Ali məktəb/universitet tələbələrini "Tələbələrin Onlayn Fənn Kataloqunun" dərc olunmasına həvəsləndirən layihələr.

Şagirdlərə vətəndaş məsuliyyətlərinin tədris olunması məqsədilə məktəblərlə əməkdaşlıq çərçivəsində dərsdənkənar fəaliyyətlərin hazırlanması.

İnsan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində Azərbaycan dilində bu yaxınlarda çap olunmuş vəsait/materialları özündə birləşdirən hərtərəfli internet səhifəsinin hazırlanması və istifadəyə verilməsi.

İqtisadi islahatlar:

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasının zəruriliyi haqqında cəmiyyət və biznes icmasında biliklərin artırılmasını dəstəkləyən layihələr.

Peşəkar assosiasiyaların/birliklərin fəaliyyətini gücləndirən layihələr.

Hər bir mövzu haqqında təfsilatlı məlumatı elanda əldə edə bilərsiniz.

Ərizə formaları və elanı ABŞ səfirliyinin internet səhifəsində əldə edə bilərsiniz:

İngilis dilində http://baku.usembassy.gov/pas/demmain.html

Azərbaycan dilində http://baku.usembassy.gov/pasaz/demmain_az.html

Ərizələri səfirliyin elektron poçtuna [email protected] məktub yazmaqla əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti