Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ölkə mətbuatı ətrafında yaranan problemlərin həlli üçün iqtidar və müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının və ziyalıların birgə müzakirələr aparması təklifi ilə çıxış edib. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov şənbə günü bildirib ki, partiya bu məqsədlə aprelin 23-ü ölkədə fəaliyyət göstərən siyasi partiyalar, QHT-lərə müraciət ünvanlayacaq.
AMİP hesab edir ki, ölkə mətbuatı ətrafında yaranan problemin aradan qaldırılması üçün siyasi və ictimai təşkilatların səyləri birləşdirilməlidir və forum keçirilməlidir.
AMİP 1991-ci ildə yaranıb. Sağ-mərkəzçi müxalifət partiyasıdır. Beynəlxalq Demokratlar İttifaqının üzvüdür