...

Alimlər 1915-ci ildə Türkiyədə baş verən hadisələr barədə açıqlamalar verir - versiya 2

Siyasət Materials 24 Aprel 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ 1918-ci ildə ermənilər Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə qarşı soyqırım törədiblər. Bu barədə çərşənbə axşamı Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Bakının Atatürk Mərkəzində keçirilən toplantıda Azərbaycan yəhudiləri icmasının rəhbəri Mişa Bekker açıqlama verib.

O deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun araşdırmalarından sonra arxivlərdə həmin soyqırımlara dair faktlar tapılıb. Ermənilər 1918-ci ildə Azərbaycanda yaşayan üç minə yaxın yəhudini qətlə yetirib. O dövrün erməni vəhşiliklərini həmin hadisələrin şahidi olmuş sağ qalan insanlar da danışıblar.

Millət vəkili Qənirə Paşayeva da bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində yaşlı insanlarla söhbətlər zamanı onlar ermənilərin törətdikləri vəhşiliklər barədə tarixi faktlarla üst-üstə düşən məlumatlar veriblər. Bu yaxınlarda Qubada, Neftçalada aşkarlanan toplu məzarlıqlar da 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi soyqırımları bir daha təsdiqləyən əvəzsiz tarixi sübutlardır. Deputat Paşayeva əlavə edib ki, ermənilər iddia etdikləri uydurma "erməni soyqırımında" "ölənlərin" sayını ildən-ilə artırırlar.

Bakı Dövlət Universitetinin tarix fakütləsinin dekanı Sani Hacıyev bildirib ki, 1915-ci ilin aprelində Tələt Paşa Şərqi Anadoluda yaşayan erməni qruplaşmalarının təşkilatlanması və gizli toplantılar keçiriləcəyi barədə məlumat alır. O, 300 min erməninin yaşadıqları ərazilərdən Türkiyənin başqa hissəsinə köçürülməsi barədə altı bənddən ibarət fərman imzalayır. Tələt Paşanın bu addımı bütün hadisələri düzgün qiymətləndirən siyasətçilər, tarixçi alimlər tərəfindən doğru qərar kimi şərh edilir.

Lakin özləri Azərbaycanda 1918-ci ildə mart soyqırımı, 1992-ci ildə Xocalı soyqırımı törədən ermənilər Türkiyəyə qarşı əsassız, uydurma ittihamlar yürüdürlər.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəində bir milyona yaxın azərbaycanlı öz yurdlarından didərgin düşüb, 10 minə yaxın azərbaycanlı döyüşlərdə həlak olub.

Xəbər lenti

Xəbər lenti