...

"Azadlıq" bloku təkliflər layihəsində seçki komissiyalarının formalaşdırılması prinsiplərini dəyişməyəcək

Siyasət Materials 30 Aprel 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair hazırladığı təkliflər layihəsində seçki komissiyalarının formalaşdırılması prinsiplərini dəyişməyəcək. Bu barədə blokun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev açıqlama verib.

"Azadlıq" bloku seçki komissiyalarının son parlament seçkilərində namizədləri ölkə üzrə bütün seçici səslərinin bir faizindən artıq səs toplamış partiyalardan ibarət formalaşdırılmasını təklif edir. Belə olan halda Mərkəzi Seçki Komissiyası beş partiyanın - hakim Yeni Azərbaycan Partiyası və müxalifətçi AXCP, ADP, Lieral, Müsavat partiyalarının nümayəndələri olan 12 nəfərdən ibarət olmalıdır.

Müxalifətçi Müsavat Partiyası və digər partiyalar layihədə göstərilən bu məqamla razılaşmırlar. Əliyev qeyd edib ki, bütün partiyaların irəli sürdüyü təkliflər nəzərə alınacaq. Lakin seçki komissiyalarının tərkibi məsələsi prinsipial məqam olduğundan, "Azadlıq" bloku bu mövqeyini dəyişməyəcək.

Təkliflər layihəsinin yekun variantı Avropa Şurasının Venesiya Komissiyasına və Azərbaycan parlametinə təqdim olunacaq.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti