...

Ukraynalı politoloq AB-ni Kiyevdə siyasi böhranın həllində vasitəçi kimi görür

Siyasət Materials 30 Aprel 2007 18:44 (UTC +04:00)
Ukraynalı politoloq AB-ni Kiyevdə siyasi böhranın həllində vasitəçi kimi görür

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Avropa Birliyi Ukraynada mövcud böhranda kompromisə nail olmaq üçün vasitəçi rolunda çıxış edə bilər. Ukraynanın Siyasi Dəyərlərin Araşdırılması Mərkəzinin direktoru, politoloq Oles Doni belə hesab edir.

Bazar ertəsi Doni telefon vasitəsilə məlumat verib ki, böhranın güc vasitəsilə həllinin tərəfdarı deyil, buna görə də böhranın həlli üçün optimal variant kompromisə nail olmaqdır. Politoloq hər hansı bir üçüncü tərəf, məsələn AB tərəfindən seçkilərin tarixinin müəyyən ediləcəyi vaxtda həll variantını istisna etməyib.

"Tarix hər iki tərəfə uyğun olmalıdır, seçki prosesinin özü bütün siyasi tərəflərin iştirakı ilə maksimal şəffaf olmalıdır. Seçkilərin tarixinin müəyyən edilməsindən sonra faktiki olaraq iki sənəd prezident, baş nazir və ali şuranın rəhbəri tərəfindən imzalanmalıdır. Bundan sonra prezident ikinci fərmanını ləğv edə bilər, sonra ali şura işə başlamalıdır. Onun qanunvericiliyə uyğun bir neçə sənədi qəbul etməsi vacibdir", deyə o, bildirib.

Doni güman edir ki, Ukraynada müşahidə olunan böhrana qanunvericiliyin təkmil olmaması və mübarizə aparan siyasi qüvvələrin bərabərliyi səbəb olub. "Görünür ki, narıncı inqilabdan sonra bir çox qüvvələr, həm siyasi, həm də iqtisadi qüvvələr siyasətdə və iqtisadiyyatda öz mövqelərinin yenidən müəyyənləşdirilməsində maraqlıdır. Buna baxmayaraq, bu iki il ərzində yenidən müəyyənləşdirmə ümumi hesabda nə qələbə qazanmış, nə də uduzmuş tərəfi qane etməyib", deyə politoloq bildirib.

Onun fikrincə, Ukraynada mövcud qüvvələrin bu kontekstində münaqişə uzunmüddətlidir və hətta növbədənkənar seçkilərdən sonra qüvvələrin dəyişəcəyi halda münaqişə həll olunmayacaq.

"Sorğular göstərir ki, müxalifətin nəzərdə tutduğu kimi, ilkin seçkilər keçirilsə, ilk növbədə seçkidə qələbəni baş nazir Viktor Yanukoviçin qüvvələri əldə edərdi. Eyni zamanda regionallar (Regionlar Partiyası- Trend ) riskə meylli deyil, çünki bu, güclü siyasətçi kimi onların imicinə mənfi təsir göstərə bilər", deyə Doni vurğulayıb.

O hesab edir ki, kompromis daha tez beynəlxalq ekspertlərin köməyi ilə tapıla bilər. "Hələ ki, tərəflər qarşı tərəf üçün də uyğun olmayacaq güzəştə meylilik nümayiş etdirmir. Fikirləşirəm ki, seçkilərsiz siyasi böhranı aradan qaldırmaq mümkün olmayacaq", - deyə Ukraynanın Siyasi Dəyərlərin Araşdırılması Mərkəzinin direktoru Oles Doni yekun vurub.

Xəbər lenti

Xəbər lenti