...

Azərbaycanın eks-spikerinin partiyası bir neçə siyasi təşkilatla ikitərəfli saziş bağlayacaq

Siyasət Materials 3 May 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası (ACP) Azərbaycanın bir neçə müxalifət partiyası ilə ikitərəfli sazişlər bağlayacaq. Bu barədə cümə axşamı partiyanın sədri Akif Şahbazov məlumat verib.

Şahbazovun sözlərinə görə, Açıq Cəmiyyət Partiyasının təşkilatçılığı ilə mayın 25-də bütün siyasi qüvvələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ümumrespublika Forumu keçiriləcək. Forumdan sonra ACP bir sıra müxalifət partiyaları ilə əməkdaşlığa dair saziş bağlayacaq. Bunlar Müsavat, Liberal, Ümid və Klassik Xalq Cəbhəsi partiyalarıdır.

Şahbazov qeyd edib ki, daha sonra digər müxalifət partiyaları ilə də ikitərəfli sazişlər imzalayacaqlar. Onun sözlərinə görə, bu tədbirlər partiyanın lideri Rəsul Quliyevin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilir.

Müxalifəti təmsil edən Açıq Cəmiyyət Partiyasının lideri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 2000-ci ildən bu ilin fevralınadək ADP-nin sədri olub. Quliyevin tərəfdarları Azərbaycan Demokrat Partiyasından (ADP) ayrılaraq öz qurultaylarını keçirib, Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti