...

Azərbaycan və Misir arasında 12 sənəd imzalanıb

Siyasət Materials 7 May 2007 17:53 (UTC +04:00)
Azərbaycan və Misir arasında 12 sənəd imzalanıb

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan və Misir arasında əməkdaşlığın inkişafı üzrə 12 ikitərəfli sənəd imzalanıb. Sənədlər Azərbaycan prezidenti İlham Əliyevin Misirə hazırkı rəsmi səfəri çərçivəsində imzalanıb. Bu barədə "Lider" telekanalına istinadən Trend məlumat verir.

Bu gün dövlət başçısı Misirin Xalq Yığıncağının prezidenti və ölkənin baş naziri ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlıq üzrə məsələlərin geniş spektri müzakirə olunub.

Səfər çərçivəsində prezident Əliyev Ərəb Dövlətləri Liqasının baş katibi Əmir Musa ilə görüşüb. Görüşdə Azərbaycanla təşkilatın əlaqələrinin genişləndirilməsi imkanı müzakirə edilib. Görüşün sonunda prezident Əliyev təşkilatda akreditə olunmuş xarici ölkələrin səfirləri qarşısında çıxış edib. Prezident onları Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırıb.

Misir Ərəb Respublikasına səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev həmçinin Qahirədə Böyük Britaniya protektoratına qarşı Misirin müstəqilliyi uğrunda 1922-ci ildə başa çatmış mübarizədə həlak olmuşlara həsr olunmuş naməlum əsgərin məzarına əklil qoyub. Həmin gün Əliyev Nasirin vəfatından sonra 1970-ci ildə ölkəyə rəhbərlik etməyə başlamış Misirin mərhum prezidenti Ənvər Sadatın məzarını da ziyarət edib. 6 oktyabr 1981-ci il tarixdə hərbi parad zamanı Sadat "Müsəlman qardaşları" terror təşkilatının üzvləri tərəfindən öldürülüb.

Azərbaycan prezidentinin səfəri bu gun axşam başa çatacaq.

Xəbər lenti

Xəbər lenti