...

Tbilisidə Heydər Əliyevin heykəlini Azərbaycan və Gürcüstan prezidentləri açacaq

Siyasət Materials 8 May 2007 16:32 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Tbilisidə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin heykəlinin montaj proseduru başlayıb.

Bu gün Tbilisidə Gürcüstan paytaxtının abadlaşdırılması xidmətinin rəhbəri Koba Subelianinin verdiyi məlumata əsasən, heykəl Tbilisinin köhnə məhəlləsi olan Abanotubanidə Əliyev adına meydanda quraşdırılır.

Heykəl Azərbaycan tərəfindən hazırlanıb və Gürcüstana göndərilib. Əliyev meydanı isə Tbilisi şəhər büdcəsinnin hesabına tikiləcək.

Subelianinin sözlərinə görə, heykəlin açılışı mayın 12-də Azərbaycan prezidenti İlham Əliyev və onun gürcü həmkarı Mixail Saakaşvilinin iştirakı ilə baş tutacaq. İlkin məlumatlara əsasən, hər iki lider Tbilisiyə Krakovdan gələcək. Krakovda onlar energetika məsələləri üzrə sammitdə iştirak etmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti