...

Hökumət "2006-cı ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini Milli Məclisə təqdim edib

Siyasət Materials 11 May 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti "2006-cı ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini Milli Məclisə təqdim edib. Bu barədə cümə günü Bakıda Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib.

Millət vəkili qeyd edib ki, hazırda qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında müzakirə olunur.

"2006-ci ilin dövlət büdcəsinin necə icra olunduğunu, hansı çatışmazlıqların olduğunu öyrənirik. Hesablama Palatası ötən ilin büdcəsinin necə icra olunduğu haqqında rəy verməlidir və biz bu rəyi gözləyirik. Görək Hesablama Palatası məsələ ilə bağlı necə rəy verəcək" - deyə Əhmədov bildirib.

Onun sözlərinə görə, məsələyə İqtisadi siyasət daimi komissiyasında baxıldıqdan sonra Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti