...

Parlamentin komissiya sədri: "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun keçmiş məhbusların cəmiyyətə uyğunlaşmasında böyük rol oynayacaq"

Siyasət Materials 11 May 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun keçmiş məhbusların cəmiyyətə uyğunlaşmasında böyük rol oynayacaq. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Komissiya sədri vurğulayıb ki, Azərbaycan dövləti hər bir vətəndaşa, xüsusən də azadlıqdan məhrum edilmiş şəxslərə xüsusi diqqət yetirir: "Hesab edirəm ki, bu siyasət vətəndaşlarımızın cinayət törətməkdən uzaq olmalarına hesablanıb. Yaxın illərdə bunun bəhrə verəcəyinə məndə şübhə yoxdur".

Onun fikrincə, azadlığa çıxmış məhbusların cəmiyyətə inteqrasiyası dövlətin yeritdiyi humanist siyasətin tərkib hissəsidir: "Elə etmək lazımdır ki, məhbus azadlığa çıxanda özünü tənha hiss etməsin, düşünməsin ki, artıq bu cəmiyyətə lazım deyil. Eyni zamanda, azadlığa çıxan məhbus cinayətə meyilli olur. Düşünürəm ki, yeni qanun bu kimi məsələlərin həllində müsbət rol oynaycaq".

Yeni qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti