...

Bolqarıstanın ədliyyə naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 14 May 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycan və Bolqarıstan ədliyyə nazirləri "Ədliyyə sahəsində əməkdaşlıq haqqında" sazişi imzalayacaqlar. Bu, Bolqarıstan ədliyyə naziri Georgi Petkanovun mayın 15-19-da Bakıya planlaşdırılan səfəri zamanı baş tutacaq.

Sənəddə iki ölkənin hüquqi yardım sahəsində əməkdaşlıq, informasiya və penitensiar sistemdə təcrübə mübadiləsi məsələləri yer alacaq. Bolqarıstanın Bakıdakı səfirliyindən verilən xəbərə görə, Petkanov bu gecə Azərbaycana gələcək.

Qeyd edək ki, bu, Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələr qurulduqdan bəri sözügedən ölkənin ədliyyə nazirinin ölkəmizə ilk səfəridir.

Bolqarıstanlı nazir səfər zamanı azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək. Səfər proqramında həmçinin Petkanovun parlamentdə və Prezidentin İcra Aparatında görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti