...

CRDF Azərbaycanda 17 layihə reallaşdıracaq

Siyasət Materials 17 May 2007 13:36 (UTC +04:00)
CRDF Azərbaycanda 17 layihə reallaşdıracaq

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Amerikanın Vətəndaş Araşdırmaları və İnkişaf Fondu (CRDF) Azərbaycanda iki il ərzində elmin inkişafı sahəsində 17 layihə reallaşdırmağı planlaşdırır. Bu barədə bu gün Bakıda keçirilmiş brifinqdə fondun direktoru Fred Conson məlumat verib.

Layihələrin reallaşdırılması üçün fond 680 000 dollar məbləğində vəsait ayırıb. Layihələr iqtisadiyyat, səhiyyə, ekologiya, təhsil, rabitə və informasiya texnologiyaları sahələrində reallaşdırılacaq. Hazırda müvafiq nazirliklərlə danışıqlar aparılır.

Bunun üçün CRDF Azərbaycana 214 elmi işçi tərəfindən üzərində iş aparılan 52 qrant ayırıb. Təşkilatın ölkəyə bir başa kontribusiyası 2,5 mln. dollar təşkil edir.

CRDF ABŞ Konqresi nəzdində 12 il bundan əvvəl yaradılıb. Təşkilatın məqsədi postsovet ölkələri ilə iş və bu ölkələrin alimləri ilə ABŞ arasında əlaqələrin yaradılmasıdır.

Consonun sözlərinə görə, fond Qafqaz ölkələri arasında ən çox Azərbaycana rəğbət bəsləyir və ölkə rəhbərliyinin qeyri-neft sahəsinin inkişafına istiqamətləndirilmiş siyasətini alqışlayır.

Xəbər lenti

Xəbər lenti